Yuxarı

Bakıda cəzaçəkmə müəssisəsinə poçtla 2 telefon göndərilib

Materiallar hüquqi qiymət verilməsi üçün Ədliyyə Nazirliyinin İstintaq idarəsinə təqdim edilib

Bakı. 22 avqust. REPORT.AZ/ Bakıdakı 7 saylı cəzaçəkmə müəssisəsinə qadağan olunmuş əşyaların keçirilməsinin qarşısı alınıb.

Bu barədə “Report”a Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 7 saylı cəzaçəkmə müəssisəsində saxlanılan, 1980-ci il təvəllüdlü, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə əsasən 9 il müddətinə azadlıqdan məhrum edilmiş, Timurbulatov Timur Vladimiroviçə tanışı, vətəndaş Səfərov Cəbi tərəfindən poçt vasitəsi ilə göndərilən banderoldakı 2 dəst başmaqlığın daban hissəsində xüsusi üsulla gizlədilmiş “Nokia” və “Samsung” markalı mobil telefon aparatları və 31 həb dərman preparatı aşkar edilərək götürülüb.

Toplanılmış materiallar hüquqi qiymət verilməsi üçün Ədliyyə Nazirliyinin İstintaq idarəsinə təqdim edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi