Yuxarı
    Bağlamaq

    Bakıda çay evindən külli miqdarda pul oğurlanıb

    Hadisədə şübhəlı bilinən iki nəfər saxlanılıb

    Bakı. 5 dekabr. REPORT.AZ/ Bakıda çay evindən külli miqdarda pul oğurlanıb. Bu barədə "Report"a Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

    Nəsimi Rayon Polis İdarəsi - 22-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, dekabrın 4-də gecə saatlarında S.Rəhimov küçəsində yerləşən çay evində Bakı şəhər sakini Əli Vəliyevə məxsus içərisində 38700 manat olan bağlamanı oğurlamaqda şübhəli bilinən, Ağdaş rayon sakinləri – 1992-ci il təvəllüdlü Mircavad Məsumi və 1990-cı il təvəllüdlü Cavid Yusifov tutulub.

    Faktla bağlı araşdırma aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi