Bakıda çay evindən və mənzillərdən oğurluq edən şəxs saxlanılıb

Bakıda çay evindən və mənzillərdən oğurluq edən şəxs saxlanılıb İstintaqın gedişi zamanı onun başqa oğurluqlarda iştirak edib-etmədiyi də məlum olacaq
Hadisə
8 Dekabr , 2014 12:38
Bakıda çay evindən və mənzillərdən oğurluq edən şəxs saxlanılıb

Bakı. 8 dekabr. REPORT.AZ/ Bakıda mənzillərdən oğurluqlar edən şəxs saxlanılıb. "Report"un məlumatına görə Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsi (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəlı bilinən Şirvan şəhər sakini Tahir İbadov tutulub.

O, ifadəsi zamanı təkcə Nizami rayonu ərazisində 3 mənzil və 1 çay evinə gizli daxil olaraq, oradan qiymətli məişət əşyaları, televizorlar, oyun aparatları oğurladığını etiraf edib. Sonuncu dəfə T.İbadov çay evindən 2700 manat dəyərində məişət avadanlıqları oğurlayan zaman 25-ci PB-nin əməkdaşları tərəfindən iş başında saxlanılıb. Artıq saxlanılan şəxs Nizami RPİ-nin İstintaq Şöbəsinə göndərilib. T.İbadov barəsində cinayət işi başlanıb. 

İstintaqın gedişi zamanı saxlanılan şəxsin başqa oğurluqlarda iştirak edib-etmədiyi də məlum olacaq.

Son xəbərlər

Orphus sistemi