Yuxarı

Bakıda çay evində qətl törətməkdə təqsirləndirilən şəxslər apellyasiya şikayətindən imtina edib

Apellyasiya baxışına xitam verilib

Bakı. 15 oktyabr. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində qətldə təqsirləndirilən Emin Musayev, Abdulla İsmayılov və Loğman Rəhimov barələrində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

“Report"un xəbərinə görə, hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən apellyasiya şikayətindən imtina edildiyi elan olunub.

Apellyasiya baxışına isə xitam verilib.

Qeyd edək ki, qətl hadisəsi ötən il fevralın 6-da Xətai rayonu ərazisində baş verib. Həmin ərazidə Şahlar Məzahir oğlu Məmmədovun üzərində zorakılıq əlamətləri olan meyiti aşkar edilib.

İstintaqla müəyyən edilib ki, həmin tarixdə Bakı şəhər sakini E.Musayev dostları A.İsmayılov, L.Rəhimov “Arabeska” çay evində olarkən orada olan Ş.Məmmədov arasında mübahisə yaranıb. Bu zaman E.Musayev və A.İsmayılov bıçaqla Ş. Məmmədovun bədəninin müxtəlif nahiyələrinə xəsarətlər yetiriblər. Nəticədə Ş.Məmmədov ölüb.

Bakı Şəhər Baş Polis İdarəsi, şəhər prokurorluğu və rayon hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Ş.Məmmədovu qəsdən öldürməkdə şübhəli bilinən E.Musayev və A.İsmayılov və L.Rəhimov tutulublar. Onlar iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində Səbail rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

E.Musayev və A.İsmayılov və L.Rəhimov Cinayət Məcəlləsinin 120.2.1 (bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunublar.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri 17 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum L.Rəhimovun müdafiəçisi apellyasiya şikayəti verib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi