Bakıda butulka ilə həmyerlisini öldürməkdə təqsirləndirilən şəxsin ibtidai istintaqı başa çatıb

Bakıda butulka ilə həmyerlisini öldürməkdə təqsirləndirilən şəxsin ibtidai istintaqı başa çatıb Bakı. 25 oktyabr. REPORT.AZ/ Bakının Sabunçu rayonunda butulka ilə həmyerlisini öldürməkdə təqsirli bilinən Emin Ramazanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Hadisə
25 Oktyabr , 2018 11:05
Bakıda butulka ilə həmyerlisini öldürməkdə təqsirləndirilən şəxsin ibtidai istintaqı başa çatıb

Bakı. 25 oktyabr. REPORT.AZ/ Bakının Sabunçu rayonunda butulka ilə həmyerlisini öldürməkdə təqsirli bilinən Emin Ramazanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report"un xəbərinə görə, cinayət işinin ibtidai istintaqı yekunlaşdırılaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məhkəmənin hazırlıq iclası oktyabrın 31-nə təyin edilib.

Cinayət işi hakim Samir Əliyevin icraatına verilib.

Qeyd edək ki, bu il fevralın 18-də Sabunçu qəsəbəsi ərazisindən qəsəbə sakini 62 yaşlı Tarıyel Həmzəyev kəllə-beyin xəsarəti ilə xəstəxanaya gətirilib və izahatında yıxılma nəticəsində xəsarət aldığını bildirib. Martın 21-də T.Həmzəyev xəstəxanada ölüb.

12-ci Polis Bölməsi əməkdaşları tərəfindən aparılan araşdırmalarla cari il fevral ayının 16-da Sabunçu qəsəbəsi ərazisində yerləşən kafedə T.Həmzəyevlə həmyerlisi 27 yaşlı E.Ramazanov arasında münaqişə baş verməsi və bu zaman sonuncunun onun baş nahiyəsinə butulka ilə xəsarət yetirməsi müəyyən edilib.

Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində E.Ramazanov saxlanılıb.

Məlum olub ki, onlar hadisədən əvvəl yeyib-içiblər. Daha sonra sərxoş olan şəxslərin arasında mübahisə yaranıb. Mübahisə sonda qanlı olayla nəticələnib.

E.Ramazovun barəsində Cinayət Məcəlləsinin 126.3-cü (ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olma) və 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb.

Son xəbərlər

Orphus sistemi