Bakıda borca verdiyi pulu istəyən şəxs borclu tərəfindən döyülüb

Bakıda borca verdiyi pulu istəyən şəxs borclu tərəfindən döyülüb Faktla bağlı araşdırma aparılır
Hadisə
21 Avqust , 2017 13:41
Bakıda borca verdiyi pulu istəyən şəxs borclu tərəfindən döyülüb

Bakı. 21 avqust. REPORT.AZ/ Bakıda borca verdiyi pulu istəyən şəxs borclu tərəfindən döyülüb.

"Report"un xəbərinə görə, hadisə Nərimanov rayonunda baş verib.

Belə ki, Xan Şuşinski küçəsi 79 ünvanında yerləşən mağazada dava düşüb. 1988-ci il təvəllüdlü Hümbətov Arzuman Habil oğlu borca verdiyi pulu geri almaq üçün mağazada satıcı işləyən şəxslə mübahisə edib. O, borca verdiyi pulu geri ala bilməyib. Nəticədə döyülüb. A.Hümbətov müxtəlif bədən xəsarətləri alaraq 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi