Bakıda biznesmenin dələduzluqda təqsirləndirilən arvadı məhkəməyə gəlməyib

Bakıda biznesmenin dələduzluqda təqsirləndirilən arvadı məhkəməyə gəlməyib Proses günün ikinci yarısınadək təxirə salınıb
Hadisə
1 Avqust , 2017 10:45
Bakıda biznesmenin dələduzluqda təqsirləndirilən arvadı məhkəməyə gəlməyib

Bakı. 1 avqust. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində saxta sənəd düzəltməkdə və dələduzluqda təqsirləndirilən Təyminə Abdullayevanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"Report"un məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə T.Abdullayevanın müdafiəçisi müvəkkilinin xəstəxanaya yerləşdirildiyini bildirib.

O, hüquqlarını müdafiə etdiyi şəxsin xəstəxanadan göndərdiyi sənədi məhkəməyə təqdim edib. Vəkil qeyd edib ki, T.Abdullayevanın səhhətində problem olduğu üçün məhkəməyı gələ bilməyib.

Proses günün ikinci yarısınadək təxirə salınıb.

Xatıradaq ki, dövlət ittihamçısı çıxışında T.Abdullayevanın 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, T.Abdullayeva ötən il iyunun 21-də polis əməkdaşları tərəfindən saxlanılıb, onun barəsində heç yerə getməmək bağlı iltizam tədbiri seçilib.

T.Abdullayeva barəsində cinayət işi həyat yoldaşı, biznesmen Barat Abdullayevin şikayəti əsasında başlanlıb. Belə ki, B.Abdullayev şikayətində bildirib ki, arvadı T.Abdullayeva birgə nikahdan olan yaşayış sahəsini satıb pulunu ələ keçirmək məqsədilə yeni şəxsiyyət vəsiqəsini saxtalaşdırmaqla əldə edib. Bundan sonra həmin sənəddən istifadə edərək qeyd edilən mənzili 250 min manata özgəninkiləşdirərərək, ona 890 min manat məbləğində ziyan vurub.

Son xəbərlər

Orphus sistemi