Bakı. 30 noyabr. REPORT.AZ/ Bakı şəhəri, Nəsimi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 15 kv.m olan birmərtəbəli 1 otaqlı evin yanar konstruksiyaları yanıb.
“Report” Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, bitişik evlər yanğından mühafizə olunub. Yanğın saat 21:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb;