Bakıda silahlı şəxs saxlanılıb

Bakıda silahlı şəxs saxlanılıb Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən Kürdəmir rayon sakini 1968-ci il təvəllüdlü Pünhan İmano
Hadisə
3 Fevral , 2024 12:27
Bakıda silahlı şəxs saxlanılıb

Bakının Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin əməkdaşları silahlı şəxsi saxlayıb.

Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən Kürdəmir rayon sakini 1968-ci il təvəllüdlü Pünhan İmanov saxlanılıb. Ondan 1 ədəd “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 7 ədəd patron aşkar olunaraq götürülüb.

Faktla bağlı istintaq tədbirləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi