Bakıda bir nəfər iki dosta qarşı quldurluq edib

Bakıda bir nəfər iki dosta qarşı quldurluq edib Bakıda quldurluq hadisə baş verib.
Hadisə
30 Yanvar , 2020 10:29
Bakıda bir nəfər iki dosta qarşı quldurluq edib

Bakıda quldurluq hadisə baş verib.

“Report”un xəbərinə görə, hadisə yanvarın 29-da, saat 02:30 radələrində, paytaxtın Binəqədi rayon, C.Xəndan küçəsində qeydə alınıb.

Belə ki, naməlum şəxs 1995-ci il təvəllüdlü Ə.Həsənov və onun dostu H.Bağırovu sözlə hədələyib, öz avtomobilinə mindirərək həmin küçədə yerləşən “Ev Tikmə Kombinatı”nın həyətinə aparıb. Bu zaman dostlardan biri - H.Bağırov oradan qaçıb. Həmin şəxs isə Ə.Həsənovu yumruqla vuraraq 646 manat pulunu alıb.

Daha sonra onlar hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət ediblər.

Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 1989-cu il təvəllüdlü M.İsmayılov müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi