Bakıda dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB

Hadisə
  • 10 iyun, 2024
  • 08:54
Bakıda dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB

Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi yaşayış massivi ərazisində dənizdə batmış 1979-cu il təvəllüdlü Mirzəyev Mikayıl Rəhim oğlunun cəsədi Fövqəladə Hallar Nazirliyi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Bu barədə "Report"a FHN-dən bildirilib.

"Vətəndaş ən yaxın xilasetmə məntəqəsindən 5 km məsafədə nəzarət olunmayan ərazidə batıb", - məlumatda qeyd olunub.

09:44

Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi Yaşayış massivinin yaxınlığında dənizdə bir nəfər batıb.

"Report" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, hadisə yerində FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Son xəbərlər

Bütün Xəbər Lenti