Yuxarı
    Bağlamaq

    Bakıda bir nəfər binada yanğın zamanı xilas edilib

    Xətai rayonunda beşmərtəbəli yaşayış binasında yanğın baş verib

    Bakı. 9 fevral. REPORT.AZ/ Axşam saatlarında Bakının Xətai rayonunda beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yanğın baş verib.

    "Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, nəticədə vətəndaşa məxsus 4 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları və ev əşyaları yanıb.

    Yanğın zamanı yanğınsöndürənlər tərəfindən ev sahibi xilas olunaraq aidiyyəti üzrə təhvil verilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 21:14-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi