Bakıda bir həftə əvvəl avtomobillə vurulan şəxs xəstəxanada ölüb

Bakıda bir həftə əvvəl avtomobillə vurulan şəxs xəstəxanada ölüb Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən sürücünü saxlayıb
Hadisə
14 mart 2017 05:54
Bakıda bir həftə əvvəl avtomobillə vurulan şəxs xəstəxanada ölüb
Courtesy İmage

Bakı. 14 mart. REPORT.AZ/ Bakıda bir həftə əvvəl avtomobil vuran piyada xəstəxanada ölüb.

"Report"un xəbərinə görə, martın 7-də Sabunçu rayonunun Zabrat qəsəbəsində 1960-cı il təvəllüdlü Əsədulla Məhərrəmov idarə etdiyi "VAZ 2104" markalı avtomobillə yolu keçən piyada Baba Yusifovu vurub. O, 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Ağır xəsarət alan B.Yusifov bu gün xəstəxanada dünyasını dəyişib. 

Onun meyiti Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sabunçu Rayon Şöbəsinə təhvil verilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır və Ə.Məhərrəmov saxlanılıb.

Son xəbərlər

Orphus sistemi