Yuxarı

Bakıda bir ailənin üç üzvü dəm qazından zəhərlənib

Onlardan biri ölüb, digərləri xəstəxanaya yerləşdirilib

Bakı. 18 yanvar. REPORT.AZ/ Bakının Yasamal rayonunda bir ailənin üç üzvü dəm qazından zəhərlənib. "Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb. 

Məlumata görə, yanvarın 16-da Yasamal rayonunda yaşayan Fəridə Qurbanova, oğlu Həmid və Günay Məmmədova mənzillərində dəm qazından zəhərləniblər. F.Qurbanova evdə ölüb, Həmid və G.Məmmədova xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi