Bakıda binada yanğın olub, 23 nəfər təxliyyə olunub

Bakıda binada yanğın olub, 23 nəfər təxliyyə olunub Mənzillər yanğından mühafizə edilib
Hadisə
6 İyul , 2017 12:44
Bakıda binada yanğın olub, 23 nəfər təxliyyə olunub

Bakı. 6 iyul. REPORT.AZ/ Bakıda binada yanğın olub, 23 nəfər təxliyyə olunub.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Bakı şəhəri, Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının şaxtasının 2-ci mərtəbəsindən 18-ci mərtəbəsinə qədər 54 p.m elektrik kabeli yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 23 nəfər bina sakini təxliyyə olunub. Mənzillər yanğından mühafizə edilib. Yanğın saat 10:46-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi