Bakıda binada 2 nəfərin xəsarət alması ilə nəticələnən yanğın baş verib, sakinlər təxliyə edilib - FOTO

Bakıda binada 2 nəfərin xəsarət alması ilə nəticələnən yanğın baş verib, sakinlər təxliyə edilib - FOTO İlkin ehtimala görə, yanğına elektrik naqillərində baş verən qısa qapanma səbəb olub
Hadisə
17 May , 2017 05:07
Bakıda binada 2 nəfərin xəsarət alması ilə nəticələnən yanğın baş verib, sakinlər təxliyə edilib - FOTO
Report.az

Bakı. 17 may. REPORT.AZ/ Bakının Xətai rayonunda hündürmərtəbəli binada 2 nəfərin xəsarət alması ilə nəticələnən yanğın hadisəsi baş verib.

"Report"un xəbərinə görə, yanğın Gəncə prospekti, 29 ünvanında yerləşən 21 mərtəbəli binanın şaxtasında qeydə alınıb.

Yanğın tüstülənmə ilə müşahidə olunub. Nəticədə bina sakinlərindən biri azyaşlı olmaqla iki nəfər tüstüdən zəhərlənərək xəstəxanaya yerləşdirilib.

Hadisə yerində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin 5 texnikası, o cümlədən canlı qüvvəsi və "təcili yardım xidməti"nin 4 maşını cəlb edilib. Bütün bina sakinləri təxliyə olunub.

İlkin ehtimala görə, yanğına elektrik naqillərində baş verən qısa qapanma səbəb olub.

Yanğının dəqiq hansı səbəbdən baş verdiyi araşdırılır.

Son xəbərlər

Orphus sistemi