Yuxarı

​Bakıda bina yanıb, bir qadın azyaşlı övladı ilə tüstüdən zəhərlənib, 20 nəfər təxliyə eilib

Hadisə axşam saatlarında Bakının Suraxanı rayonunda baş verib

Bakı. 26 iyul. REPORT.AZ/ Axşam saatlarında Bakının Suraxanı rayonunda çoxmənzilli yaşayış binasında yanğın baş verib.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, nəticədə vətəndaşa məxsus ümumi sahəsi 45 m² olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 12 m² sahədə yanıb.

Yanğın zamanı binanın 8-ci mərtəbəsində yaşayan bir qadın azyaşlı övladı ilə tüstüdən zəhərlənib və yanğınsöndürənlər tərəfindən xilas olunaraq Təxirəsalınmaz Təcili Tibbi Yardım xidmətinə təhvil verilib. Yanğın zamanı mənzillərdən 20 nəfər bina sakini təhlükəsizlik tədbirlərinin təmin edilməsi məqsədi ilə yanğınsöndürənlər tərəfindən mənzillərdən çıxarılıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 21:48-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi