Bakıda biçaqlanma hadisəsi qeydə alınıb

Bakıda biçaqlanma hadisəsi qeydə alınıb Hazırda həkimlər Gürzad Nəbiyevin vəziyyətini ağır olduğunu bildiriblər
Hadisə
25 Dekabr , 2014 07:20
Bakıda biçaqlanma hadisəsi qeydə alınıb
Bakı. 25 dekabr. REPORT.AZ/ Nəsimi rayonunda iki dostun mübahisəsi bıçaqlanma ilə nəticələnib.

"Report"un məlumatına görə, hadisə 1-ci mikrarayonda, Moskva prostektində baş verib. Kafelərin birində Binəqədi rayon sakini 26 yaşlı Röyal Abdullayev Qobustan qəsəbə sakini 21 yaşlı Gürzad Nəbiyev və daha bir tanışı ilə prospektdə yerləşən kafelərin birində yeyib-içiblər. İçki məclisi zamanı dostlar arasında mübahisə düşüb. Gürzad Nəbiyev üzərində olan bıçaqla Röyala bir zərbə endirib. Yaralı təcili tibbi yardın avtomobili ilə xəstəxanaya çatdırılıb. Bir az sonra G2rzad Nəbiyevdə bıçaq xəsarətləri ilə xəstəxanaya gətirilib.

Hazırda həkimlər Gürzad Nəbiyevin vəziyyətini ağır olduğunu bildiriblər.Röyal Abdullayevin səhəti isə orta ağır kimi qiymətləndirilir.

Faktla bağlı araşdırmalar aparılır.

Son xəbərlər

Orphus sistemi