Bakıda bıçaqlanma hadisəsi olub

Bakıda bıçaqlanma hadisəsi olub Faktla bağlı araşdırmalar aparılır
Hadisə
22 Dekabr , 2014 11:22
Bakıda bıçaqlanma hadisəsi olub

Bakı. 22 dekabr. REPORT.AZ/ Bakıda bıçaqlanma hadisəsi baş verib. Bu barədə "Report"a Bakı Şəhər baş Polis İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

Binəqədi Rayon Polis İdarəsi 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, dekabrın 20-də gecə saatlarında 6-cı mikrorayon  S.Məmmədova küçəsində Bakı şəhər sakini 1991-ci il təvəllüdlü Bəhruz Məmmədova bıçaqla ağır bədən xəsarəti yetirməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Elşən Hüseynov tutulub.

Faktla bağlı araşdırmalar aparılır.

Son xəbərlər

Orphus sistemi