Bakıda bıçaqlanan yol polislərindən biri DİN-in Hospitalına yerləşdiriləcək
Hadisə
- 20 noyabr, 2014
- 07:20
Bakı. 20 noyabr. REPORT.AZ/ Bakıda bıçaqlanan yol polislərindən biri xəstəxanadan evə buraxılıb. Bu barədə "Report"a Bakı Şəhər Dövlət yol Polisi İdarəsindən məlumat verilib. Qeyd olunub ki, polis kiçik serjantı Yasin Umudovun xəsarətləri yüngül olduğundan müalicəsini ev şəraitində davam etdirəcək. Digər yaralı polis baş serjantı Nicat Bayramov isə bu gün Daxili İşlər Nazirliyinin Hospitalına yerləşdiriləcək. Binəqədi Rayon Polis İdarəsi 5-ci Polis Bölməsindən isə "Report"a bildirilib ki, yol polislərini bıçaqlayan şəxslərdən biri hadisə vaxtı "Nissan" markalı avtomaşında olan 1986-cı il təvəllüdlü Ağayev İlham Əbülfət oğlu saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb. Yol polislərini bıçaqlayan digər şəxsin axtarışları davam etdirilir.
Son xəbərlər
23:46
Mher Qriqoryan: Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası üzrə işlər tezliklə bərpa olunacaq
Region23:44
Xanlar Ağalarov: Bulvar İdarəsinin büdcədənkənar gəlirlərində bu il 3 dəfəyə yaxın artım gözlənilir
Daxili siyasət23:36
Xanlar Ağalarov: Bulvar İdarəsi pərakəndə satış qiymətlərini inzibati qaydada tənzimləyici kimi çıxış etmir
Daxili siyasət23:35
Foto
Ceyhun Bayramov Nyu-Yorkda Azərbaycan – ABŞ strateji tərəfdaşlığının önəmindən bəhs edib
Xarici siyasət23:30
Əraqçi iordaniyalı həmkarı ilə görüşdə ABŞ bazalarının yaratdığı təhlükədən danışıb
Region23:27
Bulvar İdarəsinin rəisi: Nəqliyyatın hərəkətini tənzimləmək üçün qanunvericiliklə müəyyən edilmiş səlahiyyətimiz yoxdur
Daxili siyasət23:19
Xanlar Ağalarov: Bulvarın genişləndirilməsi ilə Bakının Xəzərə olan çıxışı böyük bir ictimai məkan vasitəsilə təmin ediləcək
Daxili siyasət23:11
BMT-də 80-ə yaxın ölkə Hörmüzdə gəmiçiliyin bərpasına çağırış edib
Digər ölkələr23:08