Bakıda bıçaqlanan şəxs xəstəxanada ölüb

Bakıda bıçaqlanan şəxs xəstəxanada ölüb Bakı. 31 yanvar. REPORT.AZ/ Bakıda bıçaqlanan şəxs xəstəxanada ölüb.
Hadisə
31 Yanvar , 2019 11:44
Bakıda bıçaqlanan şəxs xəstəxanada ölüb
0 : 00
0 : 00

Bakı. 31 yanvar. REPORT.AZ/ Bakıda bıçaqlanan şəxs xəstəxanada ölüb.

Suraxanı Rayon Prokurorluğundan "Report"a verilən məlumata görə, Əmircan qəsəbə sakini, 1992-ci il təvəllüdlü Ozal Əliyev yanvarın 20-də qəsəbə ərazisində yerləşən avtomobilyuma məntəqəsinin qarşısında heç bir səbəb olmadan Vahid Əsədovun döş qəfəsinə bıçaqla xəsarət yetirib.

Faktla bağlı Suraxanı rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb və O. Əliyev şübhəli qismində tutularaq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Yanvarın 30-da V. Əsədov müalicə aldığı xəstəxanada öldüyünə görə, Ozal Əliyevin əməli Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsindən, Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsinə tövsif edilərək rayon Prokurorluğuna göndərilib. Hazırda cinayət işinin istintaqı rayon Prokurorluğu tərəfindən davam etdirilir. Cinayət işi üzrə zəruri istintaq hərəkətləri həyata keçirilib, müvafiq ekspertizalar təyin olunub, istintaq tədbirləri davam etdirilir.

Hafiz Heydərov

Son xəbərlər

Orphus sistemi