Bakıda bıçaqla bir nəfəri öldürüb, digərinə xəsarət yetirməkdə şübhəli bilinən şəxs tutulub

Bakıda bıçaqla bir nəfəri öldürüb, digərinə xəsarət yetirməkdə şübhəli bilinən şəxs tutulub Paytaxtın Nizami rayonu Keşlə qəsəbəsində iki nəfərin bıçaqlanması ilə bağlı polisə məlumat daxil olub.
Hadisə
11 Fevral , 2023 07:53
Bakıda bıçaqla bir nəfəri öldürüb, digərinə xəsarət yetirməkdə şübhəli bilinən şəxs tutulub

Paytaxtın Nizami rayonu Keşlə qəsəbəsində iki nəfərin bıçaqlanması ilə bağlı polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən "Report"a bildirilib ki, fevralın 11-də saat 02 radələrində qəsəbə sakini əvvəllər məhkum olunan, qəsəbə sakini, 1986-cı il təvəllüdlü Rauf Hüseynov münaqişə zəminində əvvəllər məhkum olunan, 1988-ci il təvəllüdlü Xəyal Rəhimovu və 2000-ci il təvəllüdlü İlkin Rzayevə bıçaq xəsarətləri yetirib.

İ.Rzayev hadisə yerində ölüb, X.Rəhimov xəstəxanaya yerləşdirilib.

Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən R.Hüseynov saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi