Bakıda bibisi oğlunu qətlə yetirməkdə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib

Bakıda bibisi oğlunu qətlə yetirməkdə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib İş hakim Rauf Əliyevin icraatına verilib
Hadisə
7 Noyabr , 2016 17:21
Bakıda bibisi oğlunu qətlə yetirməkdə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib

Bakı. 7 noyabr. REPORT.AZ/ Bakıda bibisi oğlunu qətlə yetirməkdə təqsirləndirilən şəxsin cinayət işinin ibtidai istintaqı başa çatıb.

“Report”un xəbərinə görə, Cavidan Seyfullayevin cinayət işi üzrə aparılan istintaq yekunlaşdırılaraq baxılması üçün məhkəməyə göndərilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək hazırlıq iclası noyabrın 14-nə təyin edilib.

İş hakim Rauf Əliyevin icraatına verilib.

Qeyd edək ki, cinayət hadisəsi bu ilin may ayının 8-də Xətai rayonununda baş verib. Rayonun M.Hadi küçəsində naməlum şəxs Masallı rayon sakini Musa Nurullayevi bıçaqla qətlə yetirib. Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində qətli törətmiş Masallı rayon sakini, əvvəllər məhkum olunmuş C.Seyfullayev tutulub.

Xatırladaq ki, qətlə yetirilmiş M.Nurullayev C.Seyfullayevin bibisi oğludur.

Son xəbərlər

Orphus sistemi