Bakıda bibisi oğlunu qətlə yetirməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Bakıda bibisi oğlunu qətlə yetirməkdə təqsirləndirilən şəxsə hökm oxunub O, 18 il müddətinə azadlıqdan məhrum edilib
Hadisə
17 Aprel , 2017 11:52
Bakıda bibisi oğlunu qətlə yetirməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Bakı. 17 aprel. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində bibisi oğlunu qətlə yetirməkdə təqsirləndirilən Cavidan Seyfullayevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

“Report”un xəbərinə görə, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə C.Seyfullayev 18 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, cinayət hadisəsi bu ilin may ayının 8-də Xətai rayonunda baş verib. Rayonun M.Hadi küçəsində naməlum şəxs Masallı rayon sakini Musa Nurullayevi bıçaqla qətlə yetirib. Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində qətli törətmiş Masallı rayon sakini, əvvəllər məhkum olunmuş C.Seyfullayev tutulub.

Xatırladaq ki, qətlə yetirilmiş M.Nurullayev C.Seyfullayevin bibisi oğludur.

Son xəbərlər

Orphus sistemi