Bakıda bibisi oğlunu qətlə yetirən şəxsin kassasiya şikayəti təmin edilməyib

Bakıda bibisi oğlunu qətlə yetirən şəxsin kassasiya şikayəti təmin edilməyib Ali Məhkəmədə bibisi oğlunu qətlə yetirməkdə təqsirləndirilən Cavidan Seyfullayevin barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə başa çatıb.
Hadisə
16 May , 2019 20:51
Bakıda bibisi oğlunu qətlə yetirən şəxsin kassasiya şikayəti təmin edilməyib
Report

Ali Məhkəmədə bibisi oğlunu qətlə yetirməkdə təqsirləndirilən Cavidan Seyfullayevin barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə başa çatıb.

"Report"un xəbərinə görə, hakim Hafiz Nəsibovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, C.Seyfullayevin kassasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, cinayət hadisəsi ötən il mayın 8-də Xətai rayonunda baş verib. Rayonun M.Hadi küçəsində naməlum şəxs Masallı rayon sakini Musa Nurullayevi bıçaqla qətlə yetirib. Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində qətli törətmiş Masallı rayon sakini, əvvəllər məhkum olunmuş C.Seyfullayev tutulub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə C.Seyfullayev 18 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi C.Seyfullayevin apellyasiya şikayətini təmin etməyib.

Xatırladaq ki, qətlə yetirilmiş M.Nurullayev C.Seyfullayevin bibisi oğludur.

Son xəbərlər

Orphus sistemi