Yuxarı

​Bakıda beşmərtəbəli yaşayış binasında yanğın olub

Yanğın FHN əməkdaşları tərəfindən söndürülüb.

Bakı. 27 fevral. REPORT.AZ/ Axşam saatlarında Bakının Xəzər rayonunda beşmərtəbəli yaşayış binasında yanğın baş verib.

"Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, hadisə nəticəsində, ümumi sahəsi 1500 kv.m olan binanın çardağı 1200 kv.m sahədə yanıb.

Binanın çardağının qalan hissəsi və mənzillər yanğından mühafizə olunub. Yanğın FHN əməkdaşları tərəfindən söndürülüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi