Bakıda beş ay əvvəl qəza nəticəsində ölən qadının yaxınları axtarılır

Bakıda beş ay əvvəl qəza nəticəsində ölən qadının yaxınları axtarılır DİN vətəndaşlara müraciət edib
Hadisə
26 Oktyabr , 2017 18:34
Bakıda beş ay əvvəl qəza nəticəsində ölən qadının yaxınları axtarılır

Bakı. 26 oktyabr. REPORT.AZ/ Bu il iyunun 8-də Suraxanı rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı 39-42 yaşlarında bir qadın bədən xəsarətləri ilə 3 saylı kliniki xəstəxanaya yerləşdirilib və üç gündən sonra xəstəxanada ölüb. 

Daxili İşlər Nazirliyindən (DİN) "Report"a verilən məlumata görə, şəxsiyyəti istintaqa məlum olmayan həmin qadın xəstəxanaya daxil olduqda Mərdəkan qəsəbəsində yaşadığını, adının və soyadının Mahuzarova Tahirə Davud qızı, 39 yaşı olduğunu göstərib.

Həmin qadının xarakterik əlamətləri belədir: orta boylu, dolu bədənli, şabalıdı saçları, əynində qara paltar var.

Şəkildə gördüyünüz qadını tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Xidməti Zəng Mərkəzi”nə, həmçinin Suraxanı Rayon Polis İdarəsinə (012) 452-02-02 telefon nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur. 

Son xəbərlər

Orphus sistemi