Bakıda batmaq təhlükəsi ilə üzləşən şəxs xilas edilib

Hadisə
  • 13 avqust, 2015
  • 16:05
Bakıda batmaq təhlükəsi ilə üzləşən şəxs xilas edilib

Bakı. 13 avqust. REPORT.AZ/ Paytaxtın Sabunçu rayonunda dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşən şəxs xilas edilib. Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

FHN-in Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olan məlumata əsasən, “Bilgəh” sularda xilasetmə məntəqəsinin ərazisində çimən bu şəxsi nazirliyin dalğıc-xilasediciləri xilas edib.