Bakıda sağlamlıq mərkəzinin qarşısında kütləvi dava düşüb, 2 nəfər bıçaqlanıb - YENİLƏNİB - FOTO - VİDEO

Bakıda sağlamlıq mərkəzinin qarşısında kütləvi dava düşüb, 2 nəfər bıçaqlanıb - YENİLƏNİB - FOTO - VİDEO Xəsarət alanlardan birinin vəziyyəti ağırdır
Hadisə
11 Aprel , 2017 10:48
Bakıda sağlamlıq mərkəzinin qarşısında kütləvi dava düşüb, 2 nəfər bıçaqlanıb - YENİLƏNİB - FOTO - VİDEO
Foto: "Report"

*** saat 07:02

Bakı. 11 aprel. REPORT.AZ/ Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnmiş kütləvi dava olub.

“Report”un xəbərinə görə, hadisə Nəsimi rayonunda qeydə alınıb.

Belə ki, Asif Məhərrəmov küçəsində 4 nəfər arasında kütləvi dava baş verib. Nəticədə 1990-cı il təvəllüdlü Həsənov Xansu və 1988-ci il təvəllüdlü Səbuhi Ağayev bıçaqlanıb.

X.Həsənov çoxlu qan itirdiyindən yaxınlıqda yerləşən M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına yerləşdirilib. Onun vəziyyəti ağır kimi qiymətləndirilir.

S.Ağayev isə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, hadisə "Edem" sağlamlıq mərkəzinin qarşısında baş verib. Hadisə zamanı mərkəzə məxsus plafon qırılıb.

Son xəbərlər

Orphus sistemi