Yuxarı
    Bağlamaq

    ​Bakıda baş verən qəzada səfirlik əməkdaşı yaralanıb

    Polis faktla bağlı araşdırma aparır

    Bakı. 3 avqust. REPORT.AZ/ Bakıda üç avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

    “Report” xəbər verir ki, hadisə Nizami rayonu, H.Əliyev prospekti 117 ünvanının qarşısında qeydə alınıb.

    Belə ki, Bakı şəhər sakini 1988-ci il təvəllüdlü Yusif Hacıyevin idarə etdiyi Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Azərbaycandakı səfirliyinə məxsus “Nissan”, Cəlilabad rayon sakini 1964-cü il təvəllüdlü Əliqardaş Xudiyevə məxsus “Mercedes-Benz” və Bakı şəhər sakini Əli Rəsulovun idarə etdiyi “Opel” markalı avtomobillər toqquşublar.

    Y.Hacıyev müxtəlif bədən xəsarətləri ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

    Polis faktla bağlı araşdırma aparır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi