Bakı. 12 yanvar. REPORT.AZ/ Daxili İşlər Nazirliyi (DİN) Bakının Qaradağ rayonunda baş verən partlayışla bağlı rəsmi məlumat yayıb.
"Report" DİN-in saytına istinadən xəbər verir ki, Qaradağ rayonunun Lökbatan qəsəbəsində Bakı şəhər sakini Şahmar Namazova məxsus mənzildə təbii qazın sızmasından yanğına keçən partlayış olub. Nəticədə 60 kvm. sahədə ev əşyaları yanıb, orada kirayədə yaşayanlar - Bakı şəhər sakinləri Şaiq Aşurov, onun arvadı Xalidə, oğlu Rəvan və Rusiya Federasiyası vətəndaşı Elşən İsmayılov yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.