Bakıda barda qətl törədən şəxs 18 il müddətinə azadlıqdan məhrum edilib

Bakıda barda qətl törədən şəxs 18 il müddətinə azadlıqdan məhrum edilib Xəyyam Paşayevin cinayət işi üzrə məhkəmə başa çatıb
Hadisə
31 Avqust , 2017 12:50
Bakıda barda qətl törədən şəxs 18 il müddətinə azadlıqdan məhrum edilib

Bakı. 31 avqust. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməkdə təqsirləndirilən məhkəmə Xəyyam Paşayevin cinayət işi üzrə iclası davam etdirilib.

"Report"un məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror çıxışında X.Paşayevin 19 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

O, məhkəmənin hökmü ilə 18 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, qətl 2017-ci il martın 5-də Səbail rayonunda yerləşən “Məkan” barında baş verib. Şamaxı rayon sakini, 1992-ci il təvəllüdlü Qurbanov Ceyhun Rüstəm oğlu həmin barda 1984-cü il təvəllüdlü Paşayev Xəyyam Təyyar oğlu tərəfindən bıçaqlanaraq öldürülüb. Daha sonra X.Paşayev hadisə yerindən qaçıb.

Hüquq-mühafizə orqanlarının əməliyyat-axtarış tədbirləri nəticəsində o, tutulub.

Araşdırma zamanı məlum olub ki, cinayət saat 05:30 radələrində törədilib. Həmin vaxt barda olan şəxslər arasında mübahisə yaranıb. Mübahisədən sonra X.Paşayev barı tərk edib və daha sonra bıçaqla qayıdaraq 25 yaşlı C.Qurbanova bir zərbə endirib. Ürəyindən ağır xəsarət alan C.Qurbanov təcili tibbi yardım stansiyasında vəfat edib.

Xatırladaq ki, C.Qurbanovun digər qardaşı ötən il yol qəzasında vəfat edib.

Son xəbərlər

Orphus sistemi