Bakıda bankomat kartını oğurlayaraq hesabdan pul çıxardan şəxs saxlanılıb

Bakıda bankomat kartını oğurlayaraq hesabdan pul çıxardan şəxs saxlanılıb Bakı. 7 iyun. REPORT.AZ/ Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinə müraciət edən Göyçay rayon sakini P.Arazxanova mayın 30-da paytaxt ərazisindəki bankomatların birindən hesabındakı 178 manat pulunun çıxarılaraq oğurlandığını bildirib.
Hadisə
7 İyun , 2018 11:54
Bakıda bankomat kartını oğurlayaraq hesabdan pul çıxardan şəxs saxlanılıb
0 : 00
0 : 00

Bakı. 7 iyun. REPORT.AZ/ Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinə müraciət edən Göyçay rayon sakini P.Arazxanova mayın 30-da paytaxt ərazisindəki bankomatların birindən hesabındakı 178 manat pulunun çıxarılaraq oğurlandığını bildirib.

Bu barədə "Report"a DİN-dən məlumat verilib.

Məlumatla əlaqədar dərhal başlanan əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onun Yevlax rayon sakini Murad Allahverdiyev olduğu, bankomat kartını işlədikləri obyektdə qadınının çantasından gizli götürüb həmin məbləği çıxardıqdan sonra şübhə doğurmamaq üçün yenidən yerinə qaytardığı müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi