Yuxarı

Bakıda bankdan oğurluq etməyə cəhd göstərən şəxslər saxlanılıb

Araşdırmalar davam edir

Bakı. 29 dekabr. REPORT.AZ/ Bakıda bankdan oğurluq etməyə cəhd göstərən şəxslər saxlanılıb. "Report" Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, dekabrın 29-da saat 01 radələrində Yasamal rayonunun M.Müşfiq küçəsində yerləşən kafenin qapısının qıfılını açmağa cəhd göstərən Ağsu rayon sakini Əlisahib Bədəlov və Yevlax rayon sakini Kamil Bakirov Yasamal Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb və 26-cı Polis Bölməsinə təhvil veriliblər. Araşdırma zamanı quraşdırılan videokameralara baxış keçirilib və Ə.Bədəlovla, K.Bakirovun “Muğanbank” ASC-nin “Şərq” filialının giriş qapısının kilidini açmağa cəhd göstərənlər olması da müəyyən edilib. 

Araşdırmalar davam edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi