Bakıda bankda yanğın olub, 5 nəfər tüstüdən zəhərlənib - ƏLAVƏ OLUNUB

Bakıda bankda yanğın olub, 5 nəfər tüstüdən zəhərlənib - ƏLAVƏ OLUNUB “AccessBank”da yanğın baş verib.
Hadisə
11 Aprel , 2019 15:58
Bakıda bankda yanğın olub, 5 nəfər tüstüdən zəhərlənib - ƏLAVƏ OLUNUB

“AccessBank”da yanğın baş verib.

"Report" xəbər verir ki, hadisə bankın Bakı şəhəri, Tbilisi prospketi 3 ünvanında yerləşən mərkəzi ofisində qeydə alınıb.

Yanğın nəticəsində bankın mühafizə xidmətinin 5 əməkdaşı xəsarət alıb. Bunlar 1985-ci il təvəllüdlü Vüqar Məmmədov, 1984-cü ildə anadan olmuş Soltan Mirzəyev, 1985-ci il təvəllüdlü Əli Manafov, 1988-ci il təvəllüdlü Əkbər Nəsirov və 1987-ci il təvəllüdlü Fərid Əhmədovdur. Onlar tüstüdən zəhərlənib. 

Zərərçəkənlərə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

***

"AccessBank" hadisə ilə bağlı məlumat yayıb. Bildirilib ki, aprelin 11-də saat 14:00 radələrində bankın Tbilisi prospekti 3 ünvanında yerləşən baş ofisindəki texniki otaqda tüstülənmə olub. Tüstülənməyə səbəb elektrik naqillərində qısaqapanmanın baş verməsidir: "Müvafiq təlimata uyğun olaraq, dərhal bankın əməkdaşları təxliyə olunub, hadisə ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin "Qaynar xətti"nə məlumat verilib. Bununla yanaşı, məsul əməkdaşlarımız tüstülənmənin qarşısının alınması üçün zəruri addımlar atıb.

Təhlükəsizlik təlimatına əsasən, hadisə yerinə Təcili Tibbi Yardım Xidmətinin əməkdaşları da çağırılıb.

Tüstülənmənin qarşısının alınmasında iştirak edən 5 nəfərə ilkin tibbi yardım göstərilib".

Son xəbərlər

Orphus sistemi