Bakı. 9 oktyabr.
"Report"un xəbərinə görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə məlum olub ki, təqsirləndirilən şəxslərdən M.Rəsulov məhkəməyə gətirilməyib.
Bildirilib ki, onun səhhətində problem var.
Məhkəmə prosesi oktyabrın 11-dək təxirə salınıb.
Qeyd edək ki, həmin şəxslər Yasamal rayonu Şərifzadə küçəsində yerləşən “Rabitə Bank”ın “Yasamal” filialında külli miqdarda - 18900 saxta dolları dəyişmək istəyərkən tutulublar.
Onlar maddi sübut ilə birgə saxlanılaraq polis idarəsinə təhvil veriliblər.
Hər üç şəxsə qarşı Cinayət Məcəlləsinin 204-cü (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) maddəsi ilə ittiham irəli sürülüb.