Bakıda banka basqın olub

Hadisə
  • 18 yanvar, 2018
  • 11:27
Bakıda banka basqın olub

Bakı. 18 yanvar. REPORT.AZ/ “Turanbank”ın Bakıdakı filiallarından birinə basqın olub.

“Report”un xəbərinə görə, hadisə bankın Nizami küçəsi-53 ünvanında yerləşən Yasamal filialında qeydə alınıb.

Məlumata görə, əlində kəsici alət olan naməlum şəxs filialın kassasına yaxınlaşaraq kassirdən hədə-qorxu ilə pul tələb edib.

Hadisə yerinin yaxınlığında olan polis əməkdaşları həmin şəxsi yaxalayıb.

Fakt üzrə araşdırmalar davam etdirilir.

44 - Tezliklə