Yuxarı

Bakıda bank işçisinin mənzilindən pul və qızıl oğurlanıb

Bakıda bank işçisinin mənzilindən pul və qızıl oğurlanıb
Hadisə Nəsimi rayonunda qeydə alınıb

Bakı. 7 iyul. REPORT.AZ/ Bakıda mənzildən oğurluq olub.

“Report”un xəbərinə görə, hadisə paytaxtın Nəsimi rayonu, H.Seyidzadə küçəsində qeydə alınıb.

Həmin küçədəki evlərdən birində yaşayan Rəşad Göyüşovun mənzilindən 2 200 manat pul və 2 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Polis faktla bağlı araşdırma aparır.

Qeyd edək ki, Rəşad Göyüşov “Muğanbank”da çalışır. O, Yeni Azərbaycan Partiyasının (YAP) Binəqədi rayon təşkilatının sədri, Binəqədi Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Ramiz Göyüşovun oğludur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi