Bakıda Balakən sakinini maşın vurub, vəziyyəti ağırdır

Bakıda Balakən sakinini maşın vurub, vəziyyəti ağırdır Hadisə gecə saatlarında paytaxtın Xətai rayonunda baş verib
Hadisə
11 İyul , 2017 05:09
Bakıda Balakən sakinini maşın vurub, vəziyyəti ağırdır
Report.az

Bakı. 11 iyul. REPORT.AZ/ Gecə saatlarında paytaxtın Xətai rayonunda piyada vurulması hadisəsi baş verib.

"Report" xəbər verir ki, Balakən rayon Türülü kənd sakini Elşad Əhmədov yolu keçmək istəyərkən, hələlik sürücüsünün adı məlum olmayan minik avtomobili onu vurub.

Yaralı hadisə yerinə çağrılan "təcili yardım" maşını ilə 1 saylı Şəhər Kliniki Tibbi Mərkəzə aparılıb. Onun vəziyyəti ağır olduğu üçün həkimlər yaralını dərhal əməliyyat ediblər. Hazırda Reanimasiya şöbəsində onun müalicəsi davam etdirilir.

Xəstəxanadan "Report"a verilən məlumata görə, E.Əhmədovun vəziyyəti ağır olaraq qalır.

Hadisənin baş vermə səbəbləri məlum olmasa da, polis faktla bağlı araşdırma aparır.

Son xəbərlər

Orphus sistemi