Bakıda bağçada və tədris mərkəzində oğurluq hadisəsi baş verib.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 5-də rayon ərazisindəki uşaq bağçalarının birindən kompüter və müşahidə kamerasının yaddaş qurğusunu oğurlamaqda şübhəli bilinən Ağdaş rayon sakini, əvvəllər məhkum olunmuş H.Seyidov saxlanılıb.
Ətrafında aparılan tədbirlərlə onun 1 tədris mərkəzindən 1 500 manat dəyərində televizor, 2 kafedən 3 080 manat dəyərində 3 ədəd oyun aparatı və müşahidə kamerası, 2 çay evindən isə 400 manat dəyərində televizor və monitor oğurlaması da müəyyən edilib.