Bakıda bacısını bıçaqlamaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

Bakıda bacısını bıçaqlamaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb Məhkəmənin baxış iclası oktyabrın 26-na təyin edilib
Hadisə
19 Oktyabr , 2016 17:11
Bakıda bacısını bıçaqlamaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

Bakı. 19 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində bacısını bıçaqlamaqda təqsirləndirilən Ramin Əhmədovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası oktyabrın 26-na təyin edilib.

Qeyd edək ki, hadisə Bakı şəhəri Suraxanı rayonu Bülbülə qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1980-ci il təvəllüdlü R.Əhmədov yaşadığı evdə qısqanclıq zəminində bacısı, 1991-ci il təvəllüdlü Ramilə Əhmədovaya bıçaqla çoxsaylı xəsarət yetirib. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub. Daha sonra R.Əhmədov polis əməkdaşları tərəfindən saxlanılıb.

O, Cinayət Məcəlləsinin 29, 120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham olunub.

Son xəbərlər

Orphus sistemi