Azyaşlı bacı-qardaşı oğurlayan gənc qadın tutulub - FOTO - YENİLƏNİB-2

Azyaşlı bacı-qardaşı oğurlayan gənc qadın tutulub - FOTO - YENİLƏNİB-2 Bakıda azyaşlı bacı-qardaşın oğurlanması faktı ilə bağlı Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsi ilə cinayət işi başlanıb.
Hadisə
16 Avqust , 2019 17:54
Azyaşlı bacı-qardaşı oğurlayan gənc qadın tutulub - FOTO - YENİLƏNİB-2

Bakıda azyaşlı bacı-qardaşın oğurlanması faktı ilə bağlı Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsi ilə cinayət işi başlanıb.

Bu barədə "Report"a Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.


*** 17:36

Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsi, Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi, Binəqədi rayon Polis İdarəsinin (RPİ) Cinayət Axtarış Şöbəsi, Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsi və Bərdə rayon Polis Şöbəsi əməkdaşlarının birgə həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində ötən gündən itkin düşən, 2012-ci il təvəllüdlü Mirzəyev Rahil Rahim oğlu və 2013-cü il təvəllüdlü Mirzəyeva Mələk Rahim qızının yeri müəyyən olunaraq tapılıblar.

Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyevin "Report"a verdiyi məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir:

"İstintaq gedişi ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

İctimai təhlükəli əməldə şübhəli bilinən 1993-cü il təvəllüdlü Nargilə Quliyeva tutularaq istintaqa təhvil verilib".


*** 11:00

Bakının Binəqədi rayonu, 3-cü mədən küçəsi, korpus 76 ünvanında yaşayan bacı və qardaş - 2013-cü il təvəllüdlü Mirzəyeva Mələk Rahim qızı və 2012-ci il təvəllüdlü Mirzəyev Rahil Rahim oğlu itkin düşüblər.

"Report"un xəbərinə görə, avqustun 15-də, günortadan sonra uşaqlar həyətdə oynayırmışlar. Həmin zaman onların anaları işdə olub.

Hadisə ilə əlaqədar Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə müraciət edilib.

Uşaqları görənlərdən, onların harda olması barədə məlumatı olanlardan 055-904-99-99 nömrəsinə zəng etmələri xahiş olunur.

Son xəbərlər

Orphus sistemi