Bakı. 28 sentyabr. REPORT.AZ/ Bakıda azyaşlıya zor tətbiq edərək mobil telefonunu alan şəxs saxlanılıb.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Belə ki, paytaxtın Yasamal rayonu ərazisində azyaşlı uşağın mobil telefonunun əlindən alınması barədə DİN-in “102 – Zəng Mərkəzi”nə müraciət daxil olub.
Məlumatla əlaqədar dərhal Yasamal RPİ 29-cu Polis Şöbəsinin əməkdaşları hadisə yerinə gəliblər. Müəyyən edilib ki, naməlum şəxs Abşeron rayon sakini O.Kərimlinin Zərdabi küçəsində saxladığı “Mercedes” markalı avtomobilində olan azyaşlı oğluna zor tətbiq edərək mobil telefonunu alıb.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun Bakı şəhər sakini Kamil Məmmədov olduğu məlum olub.
Faktla bağlı araşdırma aparılır.