Bakıda azyaşlının barmağında sıxılıb qalmış üzük kəsilərək çıxarılıb

Bakıda azyaşlının barmağında sıxılıb qalmış üzük kəsilərək çıxarılıb Əməliyyat saat 23:26-da başa çatıb
Hadisə
7 İyul , 2016 04:48
Bakıda azyaşlının barmağında sıxılıb qalmış üzük kəsilərək çıxarılıb

Bakı. 7 iyul. REPORT.AZ/ Bakıda azyaşlının barmağında sıxılıb qalmış üzük kəsilərək çıxarılıb. 

"Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki,  FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Nizami rayonunda 1 azyaşlı uşağın barmağında üzüyün sıxılaraq qalması barədə məlumat daxil olub. 

Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq azyaşlının barmağındakı üzüyü kəsərək çıxarıblar. 

Əməliyyat saat 23:26-da başa çatıb.

Son xəbərlər

Orphus sistemi