Bakıda azyaşlını avtomobillə vuraraq qaçan sürücü saxlanılıb

Bakıda azyaşlını avtomobillə vuraraq qaçan sürücü saxlanılıb Bakı. 8 fevral. REPORT.AZ/ Bakıda azyaşlını avtomobillə vuraraq qaçan sürücü saxlanılıb.
Hadisə
8 Fevral , 2019 12:22
Bakıda azyaşlını avtomobillə vuraraq qaçan sürücü saxlanılıb
0 : 00
0 : 00

Bakı. 8 fevral. REPORT.AZ/ Bakıda azyaşlını avtomobillə vuraraq qaçan sürücü saxlanılıb. 

DİN-in Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, bu il yanvarın 31-də saat 18 radələrində Nərimanov rayonunun X.Şuşinski küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini olan azyaşlı vurulub. Uşağa xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Nərimanov rayon Polis İdarəsi16-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasının “Mitsubishi” markalı avtomobillə törədilməsi müəyyən edilib. Hadisə yerindən yayınan həmin nəqliyyat vasitəsini idarə edən Bakı şəhər sakini E.Nağıyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi