​Bakıda azyaşlı uşaq xilas edilib

​Bakıda azyaşlı uşaq xilas edilib Hadisə Xətai rayonunda qeydə alınıb
Hadisə
1 Mart , 2015 23:29
​Bakıda azyaşlı uşaq xilas edilib

Bakı. 1 mart. REPORT.AZ/ Axşam saatlarında Bakının Xətai rayonunda mənzildə 1 nəfər azyaşlı bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

“Report” Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, qurumun “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, FHN-in xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Xilasedicilər mənzilin qapısını açıb və azyaşlını aidiyyəti üzrə təhvil veriblər.

Son xəbərlər

Orphus sistemi