Bakıda azyaşlı uşaq transformatora girərək yanıb

Bakıda azyaşlı uşaq transformatora girərək yanıb Hadisə məhəllə futbolu zamanı baş verib
Hadisə
6 İyun , 2017 03:39
Bakıda azyaşlı uşaq transformatora girərək yanıb

Bakı. 6 iyun. REPORT.AZ/ Bakıda azyaşlı uşağın yanması ilə nəticələnən bədbəxt hadisə baş verib.

"Report"un xəbərinə görə, insident Xəzər rayonunda qeydə alınıb.

2012-ci il təvəllüdlü Abbasova Aysu Taleh qızı həmyaşıdları ilə futbol oynayarkən, top yaxınlıqdakı transformatorun yanına düşüb. A.Abbasova topu axtararkən transformatorun içərisinə daxil olub. Bu zaman uşaq ehtiyatsızlıqdan açıq elektrik naqillərinə toxunub. Nəticədə A.Abbasovanı cərəyan vuraraq yandırıb. Ağır xəsarət alan uşaq Respublika Yanıq Mərkəzinə yerləşdirilib.

Qeyd edək ki, uşaq Bakıya Sabirabad rayonundan ailəsi ilə qonaq gəlib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi