Bakıda azyaşlı qızlara qarşı seksual xarakterli zorakılıq hərəkətləri edən şəxsin məhkəməsi qapalı keçirilir

Bakıda azyaşlı qızlara qarşı seksual xarakterli zorakılıq hərəkətləri edən şəxsin məhkəməsi qapalı keçirilir Bakı. 21 noyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində azyaşlı qızlara qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirləndirilən Amil Paşayevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hadisə
21 Noyabr , 2018 14:40
Bakıda azyaşlı qızlara qarşı seksual xarakterli zorakılıq hərəkətləri edən şəxsin məhkəməsi qapalı keçirilir

Bakı. 21 noyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində azyaşlı qızlara qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirləndirilən Amil Paşayevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

Elan olunmuş ittiham üzrə A.Paşayev özünü təqsirli bilmədiyini deyib.

Daha sonra məhkəmənin qapalı keçirilməsi ilə bağlı qərar qəbul edilib. Zalda əyləşən proses iştirakçıları çıxarılıb.

Qapalı keçirilən məhkəmədə və zərərçəkmişlər ifadə veriblər.

Məhkəmənin növbəti iclası noyabrın 28-nə təyin edilib.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata əsasən, Bakı şəhəri, Xətai rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində rayon ərazisində ayrı-ayrı vaxtlarda iki qadına hücum edərək zərərçəkənlərin çantalarını soyğunçuluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən paytaxt sakini Amil Paşayev saxlanılıb.

Onun 2017-ci ilin dekabr ayından saxlanılan günə qədər Xətai rayonu ərazisində 4 azyaşlı qıza qarşı seksual xarakterli zorakılıq hərəkətləri etdiyi müəyyən edilib.

Son xəbərlər

Orphus sistemi