Bakıda Azərbaycan vətəndaşına qarşı quldurluq edən əcnəbinin məhkəməsi başlayıb

Bakıda Azərbaycan vətəndaşına qarşı quldurluq edən əcnəbinin məhkəməsi başlayıb Bakı. 15 avqust. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda quldurluqda təqsirləndirilən Rusiya vətəndaşı Viktor Çekunovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Hadisə
15 Avqust , 2018 10:21
Bakıda Azərbaycan vətəndaşına qarşı quldurluq edən əcnəbinin məhkəməsi başlayıb

Bakı. 15 avqust. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda quldurluqda təqsirləndirilən Rusiya vətəndaşı Viktor Çekunovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdiirlib.

Məhkəmənin növbəti iclası avqustun 20-nə təyin edilib.

Qeyd edək ki, quldurluq hadisəsi Bakının Nəsimi rayonunda baş verib. Rayon ərazisində Tamerlan Mustafayev naməlum şəxsin hücumuna məruz qalıb.

Həmin şəxs T.Mustafayevi kəsici alətlə hədələyərək mobil telefonunu alıb.

Daha sonra o, quldurluqla üzləşməsi barədə 22-ci polis şöbəsinə müraciət edib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Rusiya vətəndaşı V.Çekunov saxlanılıb.

Məlum olub ki, saxlanılan şəxs əvvəllər də məhkum olunub.

Son xəbərlər

Orphus sistemi