Bakıda ayaqqabı mağazasında yanğın olub

Bakıda ayaqqabı mağazasında yanğın olub Bakı şəhəri Koroğlu Rəhimov küçəsində yerləşən "Lutvelizade" ayaqqabı mağazasında yanğın olub.
Hadisə
23 Fevral , 2024 11:16
Bakıda ayaqqabı mağazasında yanğın olub

Bakı şəhəri Koroğlu Rəhimov küçəsində yerləşən "Lutvelizade" ayaqqabı mağazasında yanğın olub.

"Report" xəbər verir ki, əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub.

Bildirilib ki, yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 90 m² olan geyim mağazasında 1 ədəd vitrin və geyim əşyaları 3 m² sahədə yanıb.

Yanğının ətraf ərazilərə yayılmasının qarşısı alınıb.

Yanğın söndürülüb.

Son xəbərlər

Orphus sistemi